Avropa İttifaqına səyahət etmək arzusunda olanlar yalan detektorundan keçməli olacaqlar
Avropa İttifaqına səyahət etmək arzusunda olanlar yalan detektorundan keçməli olacaqlar

Avropa İttifaqı, sərhədlərdə yeni müdafiə sisteminin sınaqdan keçirilməsini planlaşdırır. Yeni təşəbbüsə əsasən, Avropa İttifaqı üzv ölkələrinə səyahət etmək arzusunda olanlar, yalan detektorundan keçməli olacaqlar. Söhbət yeni bilgisayar proqramından gedir. Cizgi kiber sərhədçi səyahətçinin passportunu, vizasını və başqa sənədlərini yoxlayacaq. Həmçinin bir neçə sual verəcək və xüsusi proqram vasitəsi ilə müəyyənləşdirəcək ki, səyahət edən yalan danışır ya yox. Bu proqram insan mimikasını analiz vasitəsi ilə müəyyənləşdirəcək.

Əgər səyahətçi yalan detektorunu keçsə, onu sərhədçi yoxlamayacaq. Əks təqdirdə o, sərhəd və gömrük nəzarətindən keçməli olacaq.

Sərhəd nəzarətinin yeni sistemi 2019-cu ildən Litva, Macarıstan və Yunanıstan sərhədlərində işə düşəcək.

Avropa İttifaqı üzv ölkələrinə hər il 700 milyon insan səfər edir.