Avropa İttifaqı Venesuelaya qarşı sanksiyaların tətbiq edilməsi məsələsini müzakirə edir.
Bu barədə bəyanatı Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini verdi.
Federika Mogerini qeyd etdi ki, Latin Amerika dövlətinin düzəlməsi üçün dərhal müvafiq tədbirlər görülməlidir.
“Venesuelada bazar günü keçirilən prezident seçkiləri vətəndaşlar üçün demokratiyanın və azadlığın simvolu ola bilərdi, ancaq mayın 20-də keçirilən prezident seçkiləri beynəlxalq standartların minimumunu belə qane etmir” – dedi Federika Mogerini.
Venesuelada keçirilən prezident seçkilərinin nəticələrini ABŞ-da qəbul etmədi.
Rəsmi Vaşinqton pozuntulara görə, Venesuelaya müvafiq sanksiyaları artıq tətbiq edib.