Avqust müharibəsi 10 illiyi ilə bağlı, Polşa, Litva və Latviya Xarici İşlər nazirləri və Ukrayna baş naziri müavini Gürcüstana gələcəklər
6-7 avqustda, Rusiya-Gürcüstanın 2008-ci ilin müharibəsinin 10 illiyi ilə bağlı, Tbilisiyə Polşa Xarici İşlər naziri Yatsek Çaputoviç, Litva Xarici İşlər naziri Linas Antanas Linkeviçus, Latviya Xarici İşlər naziri Edqars Rinkeviçs və Ukrayna baş nazir müavini Pavlo Rozenko Tbilisiyə gələcək.
Qonaqlar Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş dəyirmi masa formatında görüşdə iştirak edəcəklər – “Sülh və Təhlükəsizlik üçün – 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən 10 il sonra”.
Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində qonaqalar işğal xəttinə gedəcklər və Gürcüstan prezidenti, Gürcüstanın baş naziri və Parlamentin sədri ilə görüşlər keçirəcəklər.
Rusiya-Gürcüstanın 2008-ci ilin müharibəsinin 10 illiyi ilə bağlı dost ölkələr nümayəndələrinin səfəri Litva və Polşanın birgə təşəbbüsü ilə həyata keçirilir.