ATƏT-in Parlament Assambleyasının “Avqust müharibəsindən sonra 10 il” adlı layihəsində nə yazılıb
ATƏT-in Parlament Assambleyası Abxaziya və Sxinvali bölgəsi/Cənubi Osetiyada (Gürcüstan) Gürcüstan vətəndaşları – David Başaruli, Qiqa Otxozoriya və Arçil Tatunaşvilinin qətlini qınayır, Rusiyanı, Gürcüstan hakimiyyəti tərəfindən beynəlxalq partnyorların iştirakı ilə David Başaruli, Qiqa Otxozoriya və Arçil Tatunaşvilinin qətli işinin istintaqına maniəçilik törətməməsinə və cinayətkarların cəzalandırılmasına doğru çağırır, – bu barədə ATƏT-in Parlament Assambleyasının bu gün qəbul etdiyi qətnaməsində deyilir.
Birinci Kanal “2008-ci il avqust müharibəsindən sonra 10 il” adlı layihəsinin qeyri-rəsmi tərcüməsini təqdim edir:
“1. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi və ATƏT-in bütün normaları, prinsipləri və öhdəliklərini təsdiq edir,
2. ATƏT-in Parlament Assambleyasının bütün müvafiq sənədlərini nəzərə alır,
3. Beynəlxalq aləmdə tanınmış sərhədlərdə Gürcüstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir,
4. Rusiya və Gürcüstan arasında münaqişənin 2008-ci il avqust müharibəsindən sonra həll olunmamış qalmasına görə dərin təəsüfləndiyini bilrir,
5. Abxaziya və Sxinvali bölgəsi/Cənubi Osetiyaya (Gürcüstan) insan hüquqlarının beynəlxalq müdafiəsi, o cümlədən ATƏT-in müvafiq strukturlarının dəfələrlə buraxılmamasına görə narahatlığını bildirir,
6. Cenevrə danışıqlarını dəstəkləyir,
7. Gürcüstanın işğal olunmuş ərazilərində təhlükəsizlik və humanitar istiqaməti ilə ağır vəziyyətə görə narahatlığını bildirir”, – ATƏT-in Parlament Assambleyasının bu gün qəbul etdiyi qətnaməsində deyilir.