Asiya İnkişaf Bankı Kveşeti-Kobi layihəsi üçün 415 milyon dollarlıq borc təsdiq etdi
Asiya İnkişaf Bankı (ADB) Gürcüstanda yeni maqistralın tikintisi üçün 415 milyon dollarlıq borc təsdiq etdi.
Bankın məlumatına görə, layihə ölkənin geniş miqyaslı planın hissəsidir və nəqliyyat sahəsinə imkanlar yaradacaq.
Elə onların məlumatına görə, dolama yolu Xada Dərəsindən keçəcək və Gürcüstanda ən uzun (9 km) uzunluğunda olan tunnel olacaq. Yol, dərə əhalisi üçün həyati əhəmiyyətli xidmətlərin və iş yerlərinin əldə edilməsinə imkanlar yaradacaq.
Bununla yanaşı, mövcud olan 35 kilometrlik yol, ildə 40 gündən artıq bağlanır. ADB-nin Mərkəzi və Qərbi Asiya Departamenti direktorunun, Verner Lipaxın dediyinə görə, yeni dolama yolu şimali-şərqi dəhlizini yaxşılaşdıracaqdır.
Yerli əhali ilə məsləhətləşmələrdən sonra, dolama yoluna qədər gedən 5 kilometrilik yolun tikintisi qərara verildi.
Yolun tikintisi 2020-ci ildə planlaşdırılıb.