Ermənistan prezidenti Armen Sarqisyan əhaliyə müraciət edir.
Sarqisyanın dediyinə görə, bugün bütün dünyanın diqqəti Yerevandadır.
“Belə qərar veriləcək vəziyyətdə Milli İclasın bütün deputatlarına, siyasi qüvvələrə, bütün dövlət sistemlərinə, ictimaiyyətə müraciət edirəm ki, hər birimiz vətəndaş məsuliyyətimizi göstərək və hər bir hərəkətlərimizi konstitusiya çərçivəsində edək” – dedi Ermənistan prezidenti.
Xatırladaq ki, Ermənistan parlamentində bugün baş nazirin seçilməsi ilə bağlı müzakirə aparılır.
Müxalifət lideri Nikol Paşinyayn deputatlara müraciət edir.