Arçil Tatunaşvilinin işinə xarici ekspertlərin qoşulması barəsində qərar qəbul olunmayıb
Arçil Tatunaşvilinin cəsədinə Gürcüstanda edilən ekspertizanın nəticələrinə uyğun olaraq, qərar qəbul edəcəyik ki, işə beynəlxalq ekspertlərin qatılmaları lazım gələcək ya yox, – bu barədə Baş Prokuror, İrakli Şotadze bəyan etdi.
İrakli Şotadzenin qeyd etdiyinə görə, Arçil Tatunaşvilinin işi üzrə istintaq DİN-də onun qaçırılması günündən başlayıb.
“İlk növbədə Tatunaşvilinin ailəsinə başsağlığı vermək istəyirəm. Bu bütün ölkənin faciəsidir. DİN-də istintaqa başladı. Bütün lazimi istintaq tədbirləri görülür, ekspertiza təyin edilib. Beynəlxalq elkspertlərə gəldikdə, bu mərhələdə ekspertiza Samxarauli adına Büroda təyin edilib, ekspertizanın nəticələrinə uyğun olaraq, qərar qəbul edəcəyik ki, işə beynəlxalq ekspertlərin qatılmaları lazım gələcək ya yox. İstintaq tamamilə şəffaf olacaq”, – İrakli Şotadze bəyan etdi.