Arçil Talakvadze - 2020-ci ilin seçkiləri 3%-lik baryerlə, bloklarla və qarışıq sistemlə keçiriləcək
2020-ci ilin parlament seçkiləri 3%-lik baryerlə, bloklarla və qarışıq sistemlə keçiriləcək, — Bu barədə bəyanatı parlamentin spikeri Arçil Talakvadze verdi.
Parlament sədrinin dediyinə görə, proporsiyonal sistemin leyhinə yetərli qədər deputat səs vermədi.
“Səs yetərsizliyindən dolayı parlament konstitusiya dəyişikliklərini qəbul edə bilmədi və müvafiq olaraq, 2020-ci ilin parlament seçkiləri 3%-lik baryerlə, bloklarla və qarışıq sistemlə keçiriləcək” – dedi Arçil Talakvadze.
Talakvadzenin dediyinə görə, iqtidar partiyasının sədrinin bütün deputatları ilə görüşüb, onları proporsiyonal sistemə keçiş prosesini dəstəkləməyə çağırmasına rəğmən, parlament gərəkən qanunlayihənin təsdiqlənməsi üçün yetərli qədər səs yığa bilmədi.