Angela Merkel - Rusiya Gürcüstanda, Ukraynada, Moldovada, Ermənistan və Azərbaycanda destabilizasiya yaradır
Rusiya Gürcüstanda, Ukraynada, Moldovada, Ermənistan və Azərbaycanda vəziyyətin destabilizasiyanı həyata keçirir, – bu barədə Almaniya kansleri, Anqela Merkel Litvada, Rukla şəhərində yerləşdirilmiş alman hərbiçilərinə bəyan etdi.
“Görürük ki, hazırda ya NATO-nun və ya Avropa İttifaqının üzvü olan keçmiş Sovet İttifaqı üzv ölkələri, Rusiya tərəfindən süni olaraq yaradılan daxili münaqişə ilə qarşılaşırlar”, – Merkel bəyan etdi.
Elə onun dediyinə görə, bütün qeyd olunan dövlət çalışır ki, ərazi bütövlüyünü bərpa etsin. Buna nümünə olaraq Merkel Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Azərbaycanı göstərdi.
Merkelin qeyd etdiyinə görə, alman hərbiçiləri NATO-nun adı ilə, Baltik sahili respublikalarında Rusiyanın hibrid müharibəsinin qarşının alınması üçün dururlar.