Amerikalı konqressmenlər hesab edirlər ki, Gürcüstana Rusiyanın soxulması və işğalı nəticələrinə münasibətin bildirilməsi məqsədi ilə, xüsusi fonddan pul ayrılmalıdır
Amerika Birləşmiş Ştatları Konqressinin vebsəhifəsində qanunlayıhə dərc olundu. Qanunlayihəni adı “Kreml aqressiyasından Amerikanın təhlükəsizliyinin müdafiəsi”-dir (DASKA) və burada Gürcüstandan da söhbət gedir.
Sənədin açıqlamasında qeyd olunduğu kimi, qanunlayihə Şimali Atlantik Aliyansının gücləndirilməsini, kibercinayətə qarşı mübarizəni, həmçinin Rusiyaya qarşı alavə sanksiyaların tədbiq olunmasını nəzərdə tutur. Sanksiyaları Amerika mətbuatında “Cəhənnəm sanksiyaları” adlandırırlar.
Qanunlayihənin müzakirə olunası versiyasını Senata fevralın 13-də təqdim etdilər. ABŞ Konqressinə rus müxalifətçisi, Boris Nemtsov barəsində də məlumat ötürülməlidir.
Bundan başqa, qanunlayihənin təsdiq olunduğu təqdirdə, ABŞ NATO-nu, Senatın tam çoxluğunun dəstəyi olmadan tərk edə bilməz.
Gürcüstana gəldikdə, qanunlayihədə deyilir ki, Rusiya Gürcüstan və Moldova ərazilərinin işğalını və orada rustəmayüllü qüvvələrin dəstəyini dayandırmalıdır.
Sənədin hazırlanmasında necə demokratlar, eləcə də konqressmen senarorlar iştirak edirdilər.
Sənədin işə düşməsi üçün, layihəni ABŞ Konressinin hər iki palatası təsdiq etməlidir.