Almaniyada rasizmə qarşı geniş-miqyaslı aksiya keçirildi.
Son illərin ən böyük aksiyasında iştirak etmək üçün Berlinə Almaniyanın müxtəlif rayonlarından gələn vətəndaşlar yığıldı.
Onların əksəriyyəti ultra-sağçıların ən çox sayda olduqları regionlardan idi.
“Rasizmə qarşı birləşək” lozunqu ilə aktivistlər ksenofobiyaya və ultra-sağçılara qarşı etiraz etirazlarını bildirdilər.
Təşkilatçıların dediyinə görə, Berlinin mərkəzi hissəsində keçirilən demonstrasiyada 150 mindən artıq insan iştirak etdi.
Avqustda Almaniyanın Kemnits şəhərində baş verən fiziki qarşıdurma nəticəsində, iki miqrant tərəfindən 35 yaşlı Almaniya vətəndaşı öldürüldü və hadisədən sonra miqrantlara qarşı aksiyalar keçirilirdi. Aksiyalarda ultra-sağçılar və neo-natsist qrupları iştirak edirdilər.
Qeyd olunan aksiyalar polislə qarşıdurma fonunda davam edirdi.