Almaniyada “İslam Dövlətinin” dörd üzvünü yaxaladılar. Alman mətbuatının məlumatına görə, xüsusi təyinətlı dəstə şübhəliləri bir neçə şəhərdə yaxaladı. Onlar beynəlxalq terror təşkilatının üzvlüyündə, həmçinin qətldə, silahın qeyri-qanuni gəzdirilməsində ittiham olunurlar. Yaxalanların yaşları 26-dan 29-a qədərdir. Hüquqmühafizəçilər onların evlərində axtarış apardılar.
İstintaqın məlumatına görə, onlar 2013-dən 2015-ci ilə qədər İraqda idilər və müxtəlif cinayətlər törətdilər.