Almaniyada türk mənşəli futbolçu, Deniz Nakinin avtomobilinə atəş açdılar. Bu barədə məlumatı “Welt” informasiya nəşri yayır.
İnsident gecə, Duren şəhəri yaxınlığında baş verdi. Futbolçuya doğru, hərəkət edən avtomobildən naməlum şəxs iki dəfə atəş açdı. İdmançı istisna etmir ki, hücumun arxasında Türkiyənin xüsusi xidmətləri dururlar.
Deniz Nakinin Türkiyədə, Kürd Fəhlə Partiyasınının təbliğatı üçün şərti cəzası var.
Baş verənlərlə bağlı, Almaniya Prokurorluğu istintaqı qətl məqsədi ilə hücum maddəsi ilə başladı.