Almaniya, sığınacağa rədd cavabı verilən insanlara, şengen zonasına bir neçə illiyinə daxil olmağa qadağa qoyacaq
Almaniya Daxili İşlər Federal Nazirliyinin miqrantların qaytarılması qərargahının rəhbəri, Kristian Klos və Almaniya Xarici İşlər Nazirliyinin qaçqınlar və miqrasiya məsələləri üzrə müvəkkili Gürcüstandadırlar. Almaniyanın Gürcüstandakı səfirliyinin məlumatına görə, bu gün Kristian Klos və Anet Günter Gürcüstan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşəcəklər və onlarla miqrasiya sahəsində cari aktual hadisələr barəsində söhbət edəcəklər.
Səfirlik tərəfindən yayılan məlumatda qeyd olunduğu ki, onlarca illər ərzində Gürcüstanın sıx partnyoru və dostu olan Almaniya, 2017-ci ilin mart ayında Gürcüstan vətəndaşları üçün şengen zonasına vizasız daxil olmanı dəstəklədi. Bu imkandan 200 mindən artıq Gürcüstan vətəndaşı yararlandı.
“Lakin artıq bir neçə aydır, Gürcüstan vətəndaşları bu imkandan sığınacağın alınması üçün istifadə edirlər. Vizaliberallaşdırmaya qədər olan miqdar üç dəfə artdı. Yalnız yanvarda 700 müraciət var idi. Onlardan demək olar ki, bütün hamısı rədd cavabı aldı. Bundan başqa, Almaniya, sığınacağa rədd cavabı verilən insanlara, şengen zonasına bir neçə illiyinə daxil olmağa qadağa qoyacaq”, – Səfirlik tərəfindən yayılan məlumatda deyilir.