Almaniya iqtidarı Gürcüstanın təhlükəsiz bir ölkə olduğu haqqında qanunlayihəyi təsdiqlədi
Almaniya iqtidarı, Almaniyanın Daxili İşlər Naziri Horst Zeehoferin hazırladığı qanunlayihəyi, hansı ki, Gürcüstanın, Tunisin, Marokkonun və Aljirin təhlükəsiz ölkələr olduğunu nəzərdə tutur təsdiqlədi.
Bu barədə məlumatı “Doiçe Velle” yayır.
Qeyd olunan sənəd müzakirə üçün Bundestaqa artıq göndərildi.
Almaniya iqtidarı ümid edir ki, bu qanunun qüvvəyə minməsindən sonra, qanunlayihədə sadalanan ölkələrin miqrantları tərəfindən Almaniyadan sığınacaq istəyənlərin sayı azalacaq.
İqtidar tərəfindən təsdiqlənən sənəddə qeyd olunur ki, Gürcüstan vətəndaşlarının Almaniyadan sığınacaq istəmə tələblərini sadəcə 0,6 faizi qane edilib.
2014-cü ilin sentyabr ayında Almaniya təhlükəsiz ölkələr siyahısına Serbiya, Makedoniya və Bosniya-Herseqovinayı, daha sonra isə, Albaniyayı, Kosovoyu və Monteneqroyu daxil etdi.