Almaniyanın Daxili İşlər Naziri Horst Zeehoffer söz verdi ki, yaxın günlərdə Berlin Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edəcək və bu Almaniyadaki Gürcüstan vətəndaşlarının deportasiyasını asanlaşdıracaq.
Bu barədə məlumatı “Doiçe Velle” yayır.
“Doiçe Velle” həmçinin, 2017-ci ildə, Almaniyada Gürcüstan vətəndaşları tərəfindən törədilən cinayətlərin statistikasını yayır.
Statistikaya görə, 2017-ci ildə, miqrantlar tərəfindən törədilən cinayətlərin 2,1% Gürcüstan vətəndaşlarına gəlir.
Gürcülərin 75% oğurluğa görə həbs edilib.
Bununla yanaşı, “Doiçe Velle”-nin məlumatına görə, Horst Zeehoffer bəyan edir ki, Almaniyada Gürcüstan vətəndaşları tərəfindən evlərin soyulması faktlarının azaldılmasını Gürcüstan iqtidarı ilə birgə əməkdaşlıq şərtləndirdi.