Almaniya Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına ev sahibliyi edəcək
Almaniya Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına ev sahibliyi edəcək

Almaniya Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına ev sahibliyi edəcək.

Fevralın 28-29-da Almaniyanın xarici işlər naziri Analena Berbok Berlində erməni və azərbaycanlı həmkarları ilə ikitərəfli və üçtərəfli danışıqlar aparacaq.

Almaniya Xarici İşlər Nazirliyi bildirib ki, Almaniya və Avropa sülh sazişini dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Danışıqlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.

Mətbuatın yazdığı kimi, danışıqlar bağlı qapılar arxasında aparılacaq.