Almaniya aeroportlarında minlərlə əməkdaş tətil etdi
Almaniya aeroportlarında minlərlə əməkdaş tətil etdi

Almaniya aeroportlarında minlərlə əməkdaş tətil edib. Frankfurt, Münhen, Bremen, Köln və başqa aeroportların əməkdaşları maaşlarının ən azından 6 faiz ilə artırılmasını tələb edirlər. Bu isə təxminəbn 200 avronu təşkil edir.

Tətilə görə Lufthansa aviaşirkəti planlaşdırılmış 800 reysi təxirə saldı və nəticədə 90 000 sərnişin zərərçəkdi.

Aeroportların əməkdaşlarının tətili axşam başa çatacaq. Tətilin təşkilatçısı “Verdi” Həmkarlar İttifaqıdır.