Aleksandre Çavçavadze və Aleksandr Qriboyedov küçələrinin kəsişməsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılır

14:39, 16.11.2026

Aleksandre Çavçavadze küçəsində aparılan yol işləri ilə əlaqədar noyabrın 16-sı saat 18:00-dan noyabrın 17-si saat 18:00-dək Aleksandre Çavçavadze və Aleksandr Qriboyedov küçələrinin kəsişməsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Meriyanın məlumatına görə, qeyd olunan ərazidə yol işlərinin son mərhələsi həyata keçirilir. İşlərin texniki xüsusiyyətlərindən irəli gələrək, avtomobillərin hərəkətinin müvəqqəti məhdudlaşdırılması zəruridir.

Məhdudiyyət müddətində avtomobillərin hərəkəti Aleksandr Qriboyedov küçəsi, 18 nömrəli binanın qarşısından Vano Saracişvili küçəsi istiqamətində, Aleksandr Qriboyedov küçəsi, 16 nömrəli binanın qarşısından isə Besiki küçəsi istiqamətində mümkün olacaq.

Mtatsminda rayonunun administrasiyası yaranmış narahatlığa görə üzr istəyir.

Oxşar