Aleksandr Lukaşenko - Gürcüstan və Rusiyaya yaxşı münasibət qurmaları üçün yardım etməyə hazıram
Belorussiyanın Gürcüstanla nə siyasi, nə iqtisadi problemləri yoxdur və biz onunla müsbət əlaqələrimizdən istifadə edərək, Rusiya ilə yaxşı münasibət qurmalarına yardım etməyə hazırıq, – bu barədə bəyanatı Belorussiya prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən mətbuat konfransında, jurnalistin sualını cavablandırarkən verdi.
“Biz Gürcüstanla dost ölkəyik və əla münasibətlərimiz var. Ölkə çox balacadır və bazarı da balacadır, ancaq biz iqtisadi əməkdaşlığımızı sıfırdan başladıq. Gürcüstanla nə siyasi, nə də iqtisadi problemlərimiz yoxdur və hətta onun Rusiya ilə münasibətlərini düzəltmək üçün yardım etməyə hazırıq, və bunu yavaş-yavaş edirik” – dedi Lukaşenko.
Aleksandr Lukaşenko jurnalistlərlə, ekspertlərlə və iqtidar nümayəndələri ilə “Prezidentlə böyük söhbət” adlı hər illik görüş keçirdi.