“Axios” – Donald Tramp və Benyamin Netanyahu İranla danışıqları və hərbi əməliyyatların yenidən başlanması məsələsini müzakirə ediblər
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Söhbətin əsas mövzuları ABŞ-ın İranla apardığı danışıqların gedişi və hərbi əməliyyatların nə qədər tez bərpa edilməli olduğu məsələsi olub. Bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Netanyahu Trampı planlaşdırılan aralıq seçkilər başa çatan kimi İrana zərbələr endirməyə çağırır. Lakin hazırda Tramp danışıqların davam etdirilməsinin tərəfdarıdır.
“Axios”un məlumatına görə, İsrail mənbəsi telefon danışığını “çətin”, amerikalı mənbə isə “birbaşa” kimi xarakterizə edib.
Məlumat üçün bildirək ki, 2026-cı ilin iyununda ABŞ və İran arasında atəşkəs barədə razılıq əldə olunub. Lakin qısa müddət sonra hər iki tərəf qarşı tərəfi razılaşmanın şərtlərini pozmaqda ittiham edib.