Acarada koronavirusun 42 yeni halı aşkar edildi, 16 pasiyent sağaldı
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 42 yeni halı aşkar edildi, 16 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 947-ə çatdı.
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 113, kovid-mehmanxanada 31 və onlayn klinikada 102 pasiyent müalicə olunur.
Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan altı pasiyent klinikanı tərk etdi.