Acarada koronavirusun 25 yeni halı aşkar edildi, 61 pasiyent müalicə olunaraq sağaldı
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 25 yeni halı aşkar edildi, 61 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 34 693-ə çatdı.
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 196, kovid-mehmanxanada 103 və onlayn klinikada 260 pasiyent müalicə olunur.
Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 10 pasiyent klinikanı tərk etdi.