Acarada koronavirusun 25 yeni halı aşkar edildi, 61 pasiyent müalicə olunaraq sağaldı

12:35, 31.01.2021

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 25 yeni halı aşkar edildi, 61 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 34 693-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 196, kovid-mehmanxanada 103 və onlayn klinikada 260 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 10 pasiyent klinikanı tərk etdi.

Oxşar