Gürcüstan Aeroportlar Birliyinin məlumatına görə, “AIR FRANCE” Fransa dövlət aviaşirkəti Gürcüstana2019-ci ilin martından daxil olacaq. Uçuşlar martın 31-dən həyata keçiriləcək.
“İqtisadi İnkişaf Nazirliyi, “AIR FRANCE” Fransa dövlət aviaşirkəti, Gürcüstan Aeroportlar Birliyi və “TAV Georgia” arasında 2 illik danışıqlar uğurla başa çatdı. Parisin Şarl De Qol aeroportundan Tbilisi Şota Rustaveli adına aeroportu istiqamətinə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək”, – Gürcüstan Aeroportlar Birliyində bəyan edirlər.
“AIR FRANCE” dünyanın ən böyük və ən qədim aviaşirkətlərdən biridir və 1933-cü ilin dekabrın 7 təsis edildi.