ABŞ - Ümid edirik ki, Sarkisyanın varisi demokratik proseslər nəticəsində seçiləcək
Ermənistanda baş verən hadisələrə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti səsələnir.
Vaşinqtonda bəyan edirlər ki, Ermənistanın yeni iqtidarı ilə əməkdaşlıq etməyə hazırdırlar.
“Biz baş nazir Serj Sarkisyanın illər ərzindəki fəaliyyəti və Ermənistan və Amerika arasındaki sıx partnyorluğa etdiyi qatqı üçün təşəkkür edirik. Ümid edirik ki, onun varisi demokratik proseslər nəticəsində müəyyən olunacaq” – deyilir Dövlət Departamentinin bəyanatında.
Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarkisyan aprelin 13-də başlayan və 23-də qədər davam edən etiraz aksiyaları nəticəsində, vəzifəsindən istefa etdi.