ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Gürcüstanı dəstəkləyən bəyanatlar verildi
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Gürcüstanı dəstəkləyən bəyanatlar verildi

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin, Avropa və Regional Təhlükəsizlik alt-komitəsində, “Ləyaqət inqilabından beş il sonra: Ukraynanın tərəqqisi/Rusiyanın zərər verici hərəkətləri” adlı mövzu ilə bağlı müzakirə-oxunuş keçirildi.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, oxunuşa dəvət edilən qonaqlar və senatorlar Rusiyanın aqressiv hərəkətlərindən və onların qarşısını almaqdan bəhs etdilər.

Görüş zamanı əsas diqqət Qara Dəniz regionunun əhəmiyyətinə və regionda təhlükəsizliyin və sabitliyin qorunmasının təmin edilməsinə yetirildi.

Xarici İşlər Nazirliyinin məlumatına görə, senator Ceims Karafano bəyan etdi ki, NATO-nun genişləndirilməsinin növbəti raundunun başlaması zəruridir.

Karafano Gürcüstanın NATO-ya qoşulması perspektivi haqqında da danışdı.