ABŞ səfirliyi – Marko Rubionun ABŞ-ın milli suverenliyinə Beynəlxalq Cinayət Məhkəməsinin yaratdığı təhlükəni aradan qaldıracağına dair qətiyyətli mesajını qürurla paylaşırıq

14:16, 09.11.2026

 

ABŞ-ın Gürcüstandakı səfirliyi sosial şəbəkədə ABŞ-ın dövlət katibi Marko Rubionun iyulun 13-də verdiyi bəyanatı paylaşıb. Bəyanata əsasən, Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsindən qaynaqlanan təhlükəni neytrallaşdıracaq. 

Səfirliyin qeyd etdiyinə görə, ABŞ bu saxtakarlığa son qoymaq üçün tərəfdaş ölkələrdən ibarət koalisiya formalaşdırır. 

“Dövlət katibi Marko Rubionun ABŞ-ın milli suverenliyinə Beynəlxalq Cinayət Məhkəməsinin yaratdığı təhlükəni sistemli şəkildə neytrallaşdıracağına dair qətiyyətli mesajını qürurla paylaşırıq. Bu saxtakarlığa son qoymaq üçün dünyanın hər yerindən tərəfdaşlarımızı bir araya gətirərək koalisiya formalaşdırırıq”, – səfirliyin bəyanatında bildirilib. 

Qeyd edək ki, ABŞ-ın Gürcüstandakı səfirliyi Marko Rubionun iyulun 13-də verdiyi bəyanatı da paylaşıb. Rubio həmin bəyanatda Beynəlxalq Cinayət Məhkəməsinin yeni qlobal qanunvericiliyin “məsuliyyətsiz arbitri” rolunu öz üzərinə götürməyə çalışdığını və ABŞ-ın buna mütləq cavab verəcəyini bildirib. 

“Beynəlxalq Cinayət Məhkəməsi yeni qlobal qanunvericiliyin məsuliyyətsiz arbitri olmağa çalışır. Bu qanunvericilik ona öz mülahizəsinə əsasən ABŞ vətəndaşlarını mühakimə etmək və həbs etmək, eləcə də Amerikanın suverenliyinə ciddi təhlükə yaratmaq səlahiyyəti verəcək. Biz Beynəlxalq Cinayət Məhkəməsinə ABŞ-ın qətiyyətinin nə demək olduğunu göstərəcəyik”, – Rubio bildirib. 

Oxşar