ABŞ Dövlət Departamentinin hesabatı - Gürcüstan terorizm insindentlərini vaxtında aşkarlayıb, qarşısını alıb, aradan qaldıra bilir
“Gürcüstan uzun müddətdir ki, “İslam dövlətinə” qarşı mübarizə edən koalisiyanın üzvüdür və 2018-ci ildən kontrterorizm ilə bağlı bu mübarizədə ABŞ-la bərabər fəal şəkildə iştirak edirdi” – bu barədə ABŞ Dövlət Departamentinin hesabatında deyilir.
Sənəddə qeyd olunur ki, olduqca güclü bir qurum olan Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti 2018-ci ildə bəyan etdi ki, Gürcüstanda “İslam Dövlətinə” dəstək verənlərin sayı yox deyiləcək qədər azdır.
Suriyə və İraqda “İslam Dövlətinə” dəstək verən 14 Gürcüstan vətəndaşı var” – deyilir ABŞ Dövlət Departamentinin hesabatında.
“2017-ci ildə Gürcüstanın DTX-sı, Tbilisidə keçirdiyi xüsusi əməliyyat nəticəsində, “İslam dövlətinin” səkkiz üzvünü həbs etdi. Onlarla olan Ahmet Çataev isə, xüsusi əməliyyat zamanı öldü.
Sənədə əsasən, 2018-ci ildə, Gürcüstanda teror insindentləri baş verməyib.
“Gürcüstan terorizm insindentlərini vaxtında aşkarlayıb, qarşısını alıb, aradan qaldıra bilmək qabiliyyətinə sahibdir. DTX-nın kontreterorizm kontingenti isə, davamlı şəkildə təlimlərdən keçir” – deyilir hesabatda.
Sənədə əsasən, oktyabr ayında, Gürcüstanın sahil qüvənliyinə iki patrul gəmisi verildi.
Hesabatda həmçinin, deyilir ki, 2018-ci ildə, Gürcüstan vətəndaş aviasiya agentliyinin keyfiyyətinin yoxlanışı üçün 23 tədbir həyata keçirdi.