“Müvəqqəti prezidentimiz və iqtidarımız ölkədə tam nəzarəti əldə edən kimi, Gürcüstanla müsbət əlaqələrin bərpa ediləcəyi ilə bağlı şübhə yoxdur” – bu bəyanatı ABŞ-da Venesuelanın müqvəqqəti iqtidarının nümayəndəsi Karlos Alfredo Vekio Gürcüstanın Xarici İşlrə Naziri ilə görüşdən sonra, Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı bəhs edərkən verdi.
“Biz Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verəcəyik” – dedi Karlos Alfredo Vekio.
Qeyd olunan görüş Gürcüstanın Xarici İşlər Naziri David Zalkanianinin Vaşinqtona səfəri zaman baş tutub.
Xatırladaq ki, Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela iqtidarı Gürcüstanın işğal edilmiş ərazilərini müstəqil dövlətlər olaraq qəbul edib.