8 saylı penitensiar müəssisənin direktoru vəzifəsinə Nodar Kinkladze təyin edilib

19:44, 02.11.2026

Xüsusi Penitensiar Xidmət bu gün həyata keçirilən kadr dəyişiklikləri ilə bağlı məlumat yayıb.

Qurumun məlumatına görə, “8 saylı penitensiar müəssisənin direktoru Ramaz Pirtsxalava tutduğu vəzifədən azad edilib. Onun yerinə 8 saylı penitensiar müəssisənin direktoru vəzifəsinə Nodar Kinkladze təyin olunub. O, bu vaxta qədər 1 saylı Layturi penitensiar müəssisəsinin direktoru vəzifəsini tutub.

Qeyd olunan kadr qərarları Xüsusi Penitensiar Xidmətin baş direktorunun əmri ilə, Gürcüstanın ədliyyə nazirinin razılığı əsasında qəbul edilib”, – deyə məlumatda bildirilir.

Oxşar