ABŞ Senatı, Rusiyanın dayandırılmasına görə Avropadakı müttəfiqləri üçün 4,6 milyard dolların ayırılmasını nəzərdə tutan, 2018-ci ilin müdafiə büdcəsini dəstəklədi.
ABŞ-ın 2018-ci ilin müdafiə büdcəsi 700 milyard dolları təşkil edir. Bu isə, 2017-ci ilin büdcəsindən demək olar ki, 80 milyard ilə artıqdır. Sənəd imzalanma üçün ABŞ-ın prezidenti, Donald Trampa göndərildi.
Ukraynanın ABŞ-dakı səfirliyinin bəyan etdiyinə görə, ABŞ-ın gələn ilin müdafiə büdcəsi ilə, Ukrayna üçün 250 milyon dollar həcmində hərbi yardımın ayırılması nəzərdə tutulub.
Qanunlayihə Pentaqona imkan verir ki, Uktaynaya letal müdafiə silahlanma və texnika göndərsin, məbləğin bir hissəsini isə ukraynalı hərbiçilərinin hazırlanması və müalicəsi üçün, həmçinin Ukrayna hava və dəniz qüvvələrinin imkanlarının gücləndirilməsinə xərcləsin.