„Saracişvili“ metro stansiyasında sərnişinlərin qəbulu bərpa edilib
„Saracişvili“ metro stansiyasının eskalatorunda yaranmış nasazlıq aradan qaldırılıb və stansiya sərnişinlərə xidmət göstərilməsini bərpa edib. Bu barədə Tbilisi Nəqliyyat Şirkəti məlumat yayıb.
Texniki nasazlıq səbəbindən „Saracişvili“ metro stansiyasında sərnişinlərin qəbulu müvəqqəti olaraq dayandırılmışdı.
Bu müddət ərzində Tbilisi Metropoliteninin digər stansiyaları adi qaydada fəaliyyət göstərib.