Patrul Polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərməkdə ittiham olunan xarici ölkə vətəndaşını saxlayıb
Əməkdaşları Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəetməsi və Koordinasiyası Baş İdarəsinin əməkdaşları saxta sənəddən istifadə etməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları xarici ölkə vətəndaşını “Sarpi” sərhəd-keçid məntəqəsinin ərazisində, saxta sənəddən istifadə etməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərdiyi zaman saxlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-344-cü və 362-ci maddələrinin birinci hissələri ilə istintaq aparılır. Həmin maddələr 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.