2018-ci ilin Uşaq Avroviziyasında Gürcüstanı "Ranina"-nın qalibi Tamar Edilaşvili təqdim edəcək (Video)

Birinci kanalın original uşaq musiqi müsabiqəsin “Ranina”-nın qalibi Tamar Edilaşvili oldu.

Müvafiq olaraq da, o, Belarusda keçirilən 2018-ci ilin Uşaq Avroviziyasında Gürcüstanı təqdim edəcək.

Bununla yanaşı, Birinci Kanalın qərarı ilə, Belarusa yarışmanın finalistləri Anastasiya Toqonidze və Nikoloz Vasadze də gedəcəklər.

Uşaq Avroviziyası Belarusda 2018-ci ilin noyabr ayında keçiriləcək.