2018-ci ildə Gürcüstana ən çox sərmayə Azərbaycan və Birləşmiş Krallıqdan daxil oldu
Gürcüstan Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2018-ci ildə Gürcüstana ən çox sərmayə Azərbaycan və Birləşmiş Krallıqdan daxil oldu. Halbuki, Azərbaycandan sərmayələr yarıya endirilib, bu isə, qaz boru kəməri layihəsinin başa çatmas ilə əlaqədardır.
Sakstatın məlumatına görə, ötən il Azərbaycandan daxil olan sərmayələrin həcmi 240 milyon dolları təşkil etdi, Birləşmiş Krallıqdan isə, 203 milyon dolları. Hollandiyadan 167.9 milyon dollar, ABŞ-dan 103.7 milyon dollar, Panamadan 74.5 milyon dollar, Çexiyadan 72.3 milyon dollar, Çindən 65.4 milyon dollar, Cənubi Koreyadan 63.2 milyon dollar, Rusiyadan 60.1 milyon dollar, başqa ölkələrdən – 181.5 milyon dollar.
İqtisadiyyat bölməsinə əsasən, maliyyə bölməsi liderlik edir (277.9 milyon dollar), ikinci yerdə nəqliyyatdır (209.9 milyon dollar), üçüncüdə energetikadır (157.2 milyon dollar).
2018-ci ildə, əvvəlki il ilə müqayisədə, Gürcüstana birbaşa xarici sərmayələrin həcmi 35 faiz ilə azaldı.