Avroviziyanın tarixi
Avroviziya mahnı müsabiqəsi (ESC) Avropanın ən nüfuzlu televiziya müsabiqəsidir, hansı ki, birbaşa yayımla televiziya şəbəkəsi vasitəsi ilə yayımlanır. Böyük şouyu hər il, dünya miqyasında, 200 milyondan artıq tamaşaçı izləyir. Yaranma ideyası Müsabiqənin yaranma ideyası 1955-ci ildə Avropanın Yayımlar İttifaqının (EBU) Monako görüşündə yarandı. İtalyanın San-Remo musiqi festivalı isə, müsabiqənin modeli olaraq götürüldü. İdeyanın müəllifi, EBU-nun fransız nümayəndəsi Marsel Baison, müsabiqənin məqsədi olaraq, yarı dağılmış Avropanın soyuq müharibə aqoniyasından çıxardılmasını, Avropanın birlə...

Avroviziya mahnı müsabiqəsi (ESC) Avropanın ən nüfuzlu televiziya müsabiqəsidir, hansı ki, birbaşa yayımla televiziya şəbəkəsi vasitəsi ilə yayımlanır. Böyük şouyu hər il, dünya miqyasında, 200 milyondan artıq tamaşaçı izləyir.

Yaranma ideyası

Müsabiqənin yaranma ideyası 1955-ci ildə Avropanın Yayımlar İttifaqının (EBU) Monako görüşündə yarandı. İtalyanın San-Remo musiqi festivalı isə, müsabiqənin modeli olaraq götürüldü. İdeyanın müəllifi, EBU-nun fransız nümayəndəsi Marsel Baison, müsabiqənin məqsədi olaraq, yarı dağılmış Avropanın soyuq müharibə aqoniyasından çıxardılmasını, Avropanın birləşdirilməsini və həmçinin, televiziya yayımlarının mövcud olan texnologiyalarının yoxlanmasını adlandırdı.

Avroviziya mahnı müsabiqəsi ilk dəfə 1956-cı ilin, mayın 24-də İsveçrədə, Luqano şəhərində keçirildi (EBU-nun qərargah-binası məhz İsveçrədə, Cenevrə şəhərindədir) və onda sadəcə yeddi ölkə iştirak etdi: İsveçrə, Hollandiya, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliya. Zaman keçdikcə, müsabiqəyə digər ölkələr də qoşulurdular. Sovet İttifaqının dağılmasından sonra isə, müsabiqə iştirakçılarının sayı xeyli artdı. 20-ci əsrin sonunda müsabiqədə iştirak edən ölkələrin sayı 40-ı keçdi.

Daha ətraflı Daha az oxu

Son xəbərlər