Zaur Darğallı - Marneulidə inandırıcı şəkildə qalib gəldik, seçkilər sakit bir mühitdə keçdi
Zaur Darğallı - Marneulidə inandırıcı şəkildə qalib gəldik, seçkilər sakit bir mühitdə keçdi

Bəyan etdiyimiz kimi, Marneulidə inandırıcı şəkildə qalib gəldik. 11 majoritar deputat vəmerliyə namizəd böyük bir üstünlüklə qalib oldular, “, – deyə Marneuli majoritar deputatı Zaur Darğallı bəyan etdi.

O, təxribatların da baş verməsinə baxmayaraq, seçkinin dinc şəraitdə keçdiyini bildirib.

Milli Hərəkat tərəfindən həm səsvermə prosesində, həm də səslərin sayılmasında təxribatlar oldu. Hər şeyə baxmayaraq, hər şey sülhlə bitdi, qalib gəldik və bu gün də sakitlikdir. Bütün dəstəkçilərimizə təşəkkür etmək istəyirəm. Bizim tərəfimizdən saxtalaşdırma məsələsinə gəlincə, komissiyanın və müşahidəçilərin yarıdan çoxu müxalifətin nümayəndələri olduğundan bu mövzu tamamilə məntiqsizdir. Buna görə də onların ittihamları birbaşa təxribatdır “dedi Darğallı.

22 -ci Marneuli Dairə Seçki Komissiyasının sədri Ana İluridzenin sözlərinə görə, Marneuli bələdiyyəsində seçkilərin ikinci turu keçirilməyəcək. Onun sözlərinə görə, “Gürcü Arzusu”merliyhə namizəd Kənan Ömərov 68,01% səs toplayıb.

“Vahid Milli Hərəkat” partiyası səslərin 26.48% -ni təşkil edən 11.826 səs, “Gürcü Arzusu -Demokratik Gürcüstan” 28.837 səs, yəni 64.88% , “Avropalı Gürcüstanı” isə 1.016 səs aldı ki, bu da 2.28% deməkdir.

Merliyə namizədlərinə gəldikdə, Avropalı Gürcüstan merliyə namizədi Əhməd İmamquliev 3,88%, Vahid Milli Hərəkatdan Eldar Mustafayev 28,11%, Gürcü Arzusu-Demokratik Gürcüstan partyasından Kekanan Ömərov 68,0%səs topladı.