Zaal Udumaşvili - ölkədə feodal, oliqarx hakimiyyəti başa çatmalıdır
Zaal Udumaşvili - ölkədə feodal, oliqarx hakimiyyəti başa çatmalıdır

Ölkədə feodal, oliqarx hakimiyyəti başa çatmalıdır və bunu gürcü xalqı başa çatdıracaq, – bu barədə “Milli Hərəkatın” üzvü, Zaal Udumaşvili Rustaveli prospektində planlaşdırlmış aksiya ilə bağlı bəyan etdi.

Onun dediyinə görə, bu gün Rustavelidə seçici yüksək səslə etirazını ifadə etməlidir.

“Bu gün Rustaveli prospektinə o insanlar gələcəklər, hansılar da hesab edirlər ki, əsas konstitusiya hüququnu, seçim hüququnu oğurlayıblar. Seçkilərə gedən və konkret partiyaya səs verən seçici aşkar etdi ki, onun səslərini aparıb və oğurlayıblar. Bu gün hamımız küçəyə çıxmalıyıq və yüksək səslə etirazımızı bildirməliyik. Çünki ölkədə feodal, oliqarx hakimiyyəti başa çatmalıdır və bunu gürcü xalqı başa çatdıracaq. 31 oktyabrda hamı gördü ki, bu ölkədə bu hakimiyyət şəraitində nə qanun var, nə də ədalət. Yalnız bir insanın iradəsi var və gürcü xalqı buna tabe olmayacaq. Bu gün İvanişvili görəcək xalqının nə gücü varsa”, – Udumaşvili bəyan etdi.