Yuri Lutsenko - Ukraynadan qaçmış oliqarx Kurçenko Saakaşvilinin komanda üzvlərinə 500 min dollar verdi
Ukrayna baş prokuroru Yuri Lutsenko bəyan etdi ki, Ukraynadan qaçmış oliqarx Sergey Kurçenko Saakaşvilinin komanda üzvlərinə 500 min dollar verdi. Bu barədə Lutsenko az öncə keçirilən mətbuat konfransında bəyan etdi.
Baş prokurorun qeyd etdiyinə görə, Mixeil Saakaşvili, hakimiyyətin ələ keçirilməsi üçün, etiraz aksiyalarını Viktor Yanukoşviçin dostu, Sergey Kurçenkonun pulu ilə maliyyələşdirirdi.
“Saakaşviliyə yaxın olan şəxs, Severion Danqadze, Saakaşvili ilə razılaşdıraraq, Moskvada gizlənən Kurçenkoya müraciət etdi və ona mütəşəkkil cinayatkar qruplaşmasının üzvlərinin maraqlarının müqabilində, Saakaşvilinin fəaliyyətinin maliyyələşdirilməsini təklif etdi. Biz rus tərəfindən təxminən yarım milyon dolların qəbulunu qeydə aldıq. Məbləğin təxminən yarısı Danqadzedən çıxarılıbdır”, – Ukrayna baş prokuroru bəyan etdi.
Bununla yanaşı, Yuri Lutsenko audioyazını yaydı. orada da, prokurorun sübut etdiyinə görə, Mixeil Saakaşvili, onun komandasının üzvləri, həmçinin Kurçenkonun etibarlı şəxsi, Ukraynada qarmaqarşıqlığını planlaşdırıdılar.
Odessa diyarının keçmiş qubernatorunu bu gün səhər, Kiyevdə yaxaladılar. Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi veb səhifəsində dərc olunmuş bəyanata uyğun olaraq, Saakaşvilini 3 ildən 5 ilədək həbs gözləyir.
Ukraynanın daxili işlər nazirinin məsləhətçisinin sözlərinə görə, istisna deyil ki, Saakaşviliyə qarşı ittiham başqa maddələrlə də irəli sürülsün.