Yens Stoltenberq - Rusiya tez-tez beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik edir
Yens Stoltenberq - Rusiya tez-tez beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik edir

Rusiya demokratik proseslərə qarışmamalıdır, Belorusiyada xalqın səsini batırmağa çalışmamalıdır, – bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Xarici İşlər Nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında verdi.

Stoltenberqin dediyinə görə Rusiya tez-tez beynəlxalq hüquqa və müxtəlif ölkələrin ərazi bötüvlüyünə hörmətsizlik edir.

Stoltenberq Belorusiya və Moldovanın taleyi ilə bağlı jurnalistin sualını cavablandırarkən bəyan etdi:

“Biz Belorusiyanın ərazi bütövlüyünü dəstəkləyirik. Əlbəttə ki, orada dinc demonstrantların dağıdılması faktlarını gördükcə, narahat oluruq.  Bu ölkənin gələcəyini Belorusiyanın özü müəyyəlləşdirməlidir. Xarici müdaxilələr olmamalıdır və digər ölkə tərəfindən xalqın səsi batırılmamalıdır.

Moldovaya gəlincə isə, yeni prezidenti təbrik etmək istəyirəm. Moldova NATO-nun partnyor ölkəsidir. Yeni prezidentlə görüşməyi səbirsizliklə gösləyirəm, çünki biz Moldova ilə əməkdaşlığa böyük əhəmiyyət veririk.

Biz Rusiyanın qonşu dövlətlərə əsgərlərini doldurduğunu görürük, Ukraynada etdiyi destabilizsiyayı görürük, Moldovanın Dnestryanında yerləşdirildiyi əsgərləri də görürük. Bu Moldovanın ərazi bütövlüyünün pozulmasıdır və bir daha təsdiqləyir ki, Rusiya tez-tez beynəlxalq hüququ pozur və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik edir” – dedi Yens Stoltenberq.