Yeni layihə "Gürcüstan, Avropa" bu gün beynəlxalq forumla açılacaq
Yeni layihə "Gürcüstan, Avropa" bu gün beynəlxalq forumla açılacaq

Gürcüstan hökumətinin dəstəyi ilə, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə miqyaslı layihə – “Gürcüstan, Avropa” başlayır.

Layihə bu gün beynəlxalq forumla başlayacaq.

Forumu Gürcüstanın baş naziri Mamuka Baxtadze, Gürcüstan prezidenti Salome Zurabişvili, Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili, Avropa İttifaqı nümayəndəliyinin səfiri Karl Hartsel və UNESCO-nun sülh artisti Eliso Bolkvadze açacaqlar.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, ikigünlük forumda müxtəlif ölkənin mədəniyyət nazirləri və nümayəndələri, yerli və beynəlxalq mədəni təşkilatların nümayəndələri iştirak edəcəklər.