Vyetnamda Donald Trampın və Kim Çen Inın görüşü keçirilir
Vyetnamda Donald Trampın və Kim Çen Inın görüşü keçirilir

Vyetnam paytaxtında Amerika Birləşmiş Ştatları prezidentinin və Şimali Koreya liderinin görüşü başladı.

Donald Tramp və Kim Çen Inın görüşü “Metropol” mehmanxanasında keçirilir. Jurnalistlər ilə söhbəti zamanı, Amerika Birləşmiş Ştatları prezidenti ümidvar olduğunu bildirdi ki, Hanoy sammiti uğurlu olacaq.

İki ölkə liderinin danışıqlarının əsas mövzusu Koreya yarımadasında nüvə tərk-silahıdır. Amerika Birləşmiş Ştatları və Şimali Koreya liderləri sıra ilə ikinci sammiti keçirirlər.