Venesiyada baş verən daşqın nəticəsində iki nəfər həyatını itirdi
Venesiyada baş verən daşqın nəticəsində iki nəfər həyatını itirdi

Venesiyada baş verən daşqın nəticəsində iki nəfər həyatını itirdi.

Ölənlərdən biri 78 yaşlı qadındır. Yayılan məlumata görə, onun ölüm səbəbi elektroşokdur.

Daşqının baş verdiyi Venesiyada son yarım əsr ərzində, suyun səviyyəsi təhlükəli olan 1.87 metrə yaxınlaşıb.

Şəhərin meri Luici Brunaonun bəyanatına görə, bu artıq katastrofadır.

Luici Brunao bu gün şəhərdə fövqəladə vəziyyət elan etdi və iqtidardan yardım istəyir.

Hazırda şəhərin 90 faizi sular altındadır. Bənzər miqyaslı daşqın Venesiyada 1966-cı ildən sonra olmayıb..

O zaman da suyun səviyyəsi 1.94 metrə qədər yüksəlmişdi.