Vaxtanq Qomelauri - Badri Esebuanın yaxalanması üçün illər lazım ola bilər
Vaxtanq Qomelauri - Badri Esebuanın yaxalanması üçün illər lazım ola bilər

“Bəlkə bu gün çıxacam və bir neçə dəqiqəyə o həbs oluna bilər, ancaq bəlkə də, onun yaxalanması illər çəkə bilər bunu milyon dəfə dedim, – bu bəyanatı Daxili İşlər Naziri Vaxtanq Qomelauri “Gürcüstan Bankına” hücum edib pul məbləği aparan Badri Esebua ilə bağlı suallara cavab olaraq verdi.

Qomelauri qeyd etdi ki, Badri Esebua sabah və hətta illər sonra da həbs oluna bilər.

“Bu məsələ ilə bağlı yüz dəfə şərh verdim, artıq nə deyim? Ola bilər ki, bu şəxsi 10 il yaxalaya bilməyək. Hətta məndən sonra gələn nazir də yaxalaya bilməyə. Bu adi bir mövzudur. Əlbəttə ki, onu yaxalamaq istəyirik və əlimizdən gələni edirik”, – dedi Vaxtanq Qomelauri.