Türkiyədə vaxtından əvvəl prezident və parlament seçkiləri keçirilir
Türkiyədə vaxtından əvvəl prezident və parlament seçkiləri keçirilir

Türkiyədə vaxtından əvvəl prezident və parlament seçkiləri keçirilir. Seçki məntəqələri yerli vaxtla səhər saat 8-də açıldı.

Türkiyə miqyası ilə cəmi 180 065 seçki məntəqəsi qeydiyyatdan keçib. Seçkilərdə 56 322 632 insanın iştirak etmək hüququ var.

Seçici yerli vaxtla saat 17:00-a qədər səs verə bilər. Seçkilərdə 6 prezidentliyə namizəd və 8 siyasi partiya iştirak edir.

Siyasi partiyalar parlamentə düşmək üçün 10 faizlik bariyeri aşmalıdırlar. Seçki məntəqələrinin bağlanmasından sonra, Seçki Şurası ilk növbədə prezident seçkilərinin nəticələrini hesablayacaq.