Türkiyədə həbs edilən amerikalı pastor Endryu Brensonun vəkili onun azad edilməsi tələbi ilə Türkiyənin Konstitusiya Məhkəməsinə müraciət etdi
Türkiyədə həbs edilən amerikalı pastor Endryu Brensonun vəkili onun azad edilməsi tələbi ilə Türkiyənin Konstitusiya Məhkəməsinə müraciət etdi

Türkiyədə həbs edilən amerikalı pastor Endryu Brensonun vəkili onun azad edilməsi tələbi ilə Türkiyənin Konstitusiya Məhkəməsinə müraciət etdi.

Bu barədə məlumatı Reuters agentliyi yayır.

Vəkil bəyan edir ki, Türkiyə iqtidarı Bransonun azadlıq hüququnu pozur və onun ev həbsindən azad edilməsini tələb edir.

Rəsmi Ankara pastor Brensonu kürt teroristləri və 2016-cı ildə, hərbi çevriliş cəhdində ittiham edilən Fethullah Gülenlə əməkdaşlıq etməkdə şübhəli hesab edir.

Endryu Brensonu Türkiyədə 2016-cı ilin oktyabr ayında həbs etdilər və onu 35 il həbs cəzası gözləyir.

Amerikalı pastorun həbs edilməsi Türkiyə və ABŞ arasındaki münasibətlərin ciddi şəkildə gərginləşməsinə nədən oldu.