Türkiyədə aprelin 29-dan mayın 17-nə qədər planlaşdırılan məhdudiyyətlərin turistlərə aidiyyatı olmayacaq
Türkiyədə aprelin 29-dan mayın 17-nə qədər planlaşdırılan məhdudiyyətlərin turistlərə aidiyyatı olmayacaq

Türkiyədə aprelin 29-dan mayın 17-nə qədər planlaşdırılan məhdudiyyətlərin turistlərə aidiyyatı olmayacaq. Bu haqda məlumatı “Anadolu” agentliyi Türkiyənin Turizm Nazirinin bəyanatına istinadən yayır.

Türkiyənin Turizm Naziri Nuri Ersoyun bəyanatına görə, turistlər öz pasportları ilə Türkiyə ərazisində rahatlıqla hərəkət edə biləcəklər və hətta muzeyləri və arxeoloji yerləri də ziyarət edə bilərlər.

Nazirin dediyinə görə, hazırda Türkiyədə turizm sektorunda işləyən professiyonalların, restoranların, mehmanxanaların, turizm agentliklərinin və aviaşirkətlərin əməkdaşlarının vaksinasiya prosesi həyata keçirilir və proses may ayında başa çatdırılacaq.

“Türkiyənin turist xidməti keçən il ilə müqayisədə daha sağlam və daha böyük nəzarət altında həyata keçiriləcək”, – deyilir Nuri Ersoyun bəyanatında.

Koronavirus hallarının artmasından irəli gələrək, Türkiyə iqtidarı aprelin 29-dan mayın 17-nə qədər ölkə ərazisində tam lokdaun tətbiq etməyə qərar verdi. Bu müddət ərzində, kafelər və restoranlar sadəcə sifariş xidməti ilə işləyəcəklər və şəbəkə supermarketləri bağlanacaq.