Türkiyə hərbi-hava qüvvələri İraqın şimalında "Kürdistan Fəhlə Partiyasının" 40-dan çox obyektini dağıtdı
Türkiyə hərbi-hava qüvvələri İraqın şimalında "Kürdistan Fəhlə Partiyasının" 40-dan çox obyektini dağıtdı

Türkiyə hərbi-hava qüvvələri İraqın şimalında “Kürdistan Fəhlə Partiyasının” 40-dan artıq obyektini dağıtdı.

“Noyabrın 28-nin gecəsi, İraqın Asos rayonunda, Türkiyə aviasiyası separatçı-terrorçuların obyektlərini bombardman etdi. Terrorçuların 41 obyekti, o cümlədən sığınacaq və tunellər məhv edilib”,- Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.

Yayılan məlumata görə, hərbi əməliyyatda iştirak edən aviaqırıcılar və pilotsuz uçuş aparatları geri, itki olmadan döndülər. Türkiyə və “Kürdistan Fəhlə Partiyası” arasında münaqişə 2015-ci ildə yeniləndi.