Temur Abazovun işi üzrə məhkəmə əsas şahidi dindirdi
Temur Abazovun işi üzrə məhkəmə əsas şahidi dindirdi

Marneulinin keçmiş meri, Temur Abazovun işi üzrə əsas şahidin dindirdilməsi altı saatdan artıq davam etdi.

Məhkəmənin qərarı ilə, iclas qismən bağlandı. Elçin Allahverdiyev hakim qarşısında suallara qapalı iclasda cavab verirdi.

Prokurorun açıqlamasına görə, şahid bütün verilən sullara dalğun cavab verdi.

“Zərərçəkmiş məhkəməyə dolğun məlumat verdi. Bundan başqa şahid baş verən hadisələri təfərrüatlı danışdı və ifadəyə şübhə qaçırmağa heç bir əsas yoxdur. Əminəm ki, o, həqiqəti danışır. Buna görə, ümudvaram ki, hakim bu ifadə ilə paylaşacaq”, – prokuror bəyan etdi.

Vəkillərin açıqlamasına görə, bü günki iclas əlavə suallar doğurdu. Qaqi Mosiaşvilinin bəyan etdiyinə görə, əvvəlki və indiki ifadələr arasında bir çox dəqiqsizlik var.

“Bu çox maraqlı idi, çünki bir çox sual yaratdı. O, bir sıra maraqlı detal barəsində danışdı. İfadələr bir birindən fərqlənirlər. Buna görə, ədalətli məhkəmə şəraitində, ümid edirik ki, cənab Abazov doğrulacaqdır”, – Mosiaşvili bəyan etdi.